İQTİSADİYYAT


“Qətər böhranı” OPEC-ə necə təsir edəcək?

Bakı, 6 iyun, Nihad Budaqov, AZƏRTAC

Qətər ilə dörd ərəb ölkəsi arasındakı diplomatik böhran bölgədəki vəziyyəti gərginləşdirib və neftin qiymətinin bahalaşmasına səbəb olub. Bu proseslərin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) təsiri isə böyük ehtimalla olmayacaq.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı və digər üç ərəb ölkəsi ilə Qətər arasında diplomatik münasibətlərin çoxu İran ilə əlaqələrdən dolayı kəsilib. Bu prosesə daxil olan ölkələrin çoxunun OPEC üzvü olmasına isə sözügedən münaqişənin qlobal istehsalda tarazlığı nəzərdə tutan neft hasilatının azaldılmasına dair OPEC sazişi üçün hər hansı bir risk yaratmır.

Küveytin 1980-2001-ci illər ərzində OPEC-in nümayəndəsi olmuş analitik Abdulsamed Al Avadi deyib: “Bu, OPEC üzvləri arasındakı ilk siyasi gərginlik deyil və sonuncusu da olmayacaq. OPEC üzvləri arasında bir çox siyasi və hərbi münaqişələr olub. Bu vəziyyətin isə kartelin iş prosesinə və sazişlərinə heç bir təsiri olmayıb”.

O bildirib ki, OPEC-in 57 illik tarixində üzvlər arasında siyasi gərginliklər və hətta müharibələr yaşanmış olmasına baxmayaraq ümumi iqtisadi maraqlar və neft hasilatı siyasəti dəyişməz qalıb.

Xatırladaq ki, ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər. Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar. Bununla da Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı 6-ya çatıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.