DÜNYA


Qətər gəmilərinin Süveyş kanalı limanlarına girişinə qadağa qoyulub

Bakı, 7 iyul, AZƏRTAC

Qətər gəmilərinin Süveyş kanalı limanlarına girməyə ixtiyarı yoxdur. Bu barədə Süveyş kanalının və ona bağlı iqtisadi zonanın istismarı üzrə idarənin rəhbəri Muhab Məmişin Qahirədə yayımlanan xüsusi bəyanatında bildirilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qahirə bu addımı “təhlükəsizlik nöqteyi-nəzərindən” atdığını deyib.

Bəyanatda, həmçinin qeyd edilib ki, beynəlxalq qanunvericiliyə əsasən, Qahirə Qətər gəmilərinin bilavasitə Süveyş kanalından keçidini qadağan edə bilməz. Belə ki, beynəlxalq dəhlizin fəaliyyəti Süveyş kanalından azad istifadənin təmin edilməsinə dair 1888-ci ildə imzalanan İstanbul konvensiyasına uyğun olaraq nizamlanır. Konvensiya qul daşınması və narkotik ticarətində istifadə olunan, həmçinin Misirin müharibə vəziyyətində olduğu ölkələrə məxsus gəmilər istisna edilməklə, bütün su nəqliyyatı vasitələrinin kanalda sərbəst hərəkətini nəzərdə tutur.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətəri beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Küveyt və Oman istisna olmaqla, digər körfəz ölkələri də onlara qoşulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.