DÜNYA


Qətərdə bu gün ilk türk məktəbi açılır

A+ A

Bakı, 16 oktyabr, AZƏRTAC

Qətərdə bu gün təhsil verəcək ilk türk məktəbi açılacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, məktəbin direktoru Mehmet Ali Karatosun bu gün fəaliyyətə başlayacaq təhsil ocağının Qətərdə yaşayan türk ailələrinin burada daha uzun müddət qalmalarına imkan verəcəyini bildirib.

Türkiyənin Doha səfirliyinin himayəsi altında fəaliyyət göstərəcək türk məktəbi digər özəl məktəblərə nisbətən daha ucuzdur. Qətər hökuməti məktəbin tikinti işlərinin tamamlanmasına böyük töhfə verib. Karatosun 350 şagird yerlik və müasir avadanlıqlara malik məktəbin 11 min kvadratmetrlik sahədə 2 ildə inşa olunduğunu qeyd edib.

Son statistikaya görə, Qətərdə 7 min türk yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.