DÜNYA


Qətərə rəğbət bəsləyən BƏƏ sakinlərini 15 il həbs cəzası gözləyir

Əbu-Dabi, 7 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları Qətərin yürütdüyü siyasətlə həmrəy olduğunu bildirən hər kəsi cəzalandırmaq və 3-15 il müddətində həbs cəzasına məhkum etmək niyyətindədirlər. BƏƏ KİV-ləri ölkənin baş prokuroru Həmad Saif əş-Şəmsiyə istinadla xəbər verirlər ki, bu qadağanı pozanları 500 min dirhəmdən (təqribən 135 min ABŞ dolları) başlayan məbləğdə cərimə gözləyir.

Baş prokuror deyib: “Qətərlə həmrəyliyini bildirənlər və ona qeyri-obyektiv yanaşanlar, habelə istər sosial şəbəkələrdə, istərsə də hər hansı digər yazılı, vizual və şifahi formada BƏƏ-nin mövqeyinə qarşı çıxanlar barəsində ciddi və qəti addımlar atılacaq”.

Xatırladaq ki, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv Respublikası və Mavriki Respublikası terrorizmi və ekstremist ideologiyanı dəstəklədiyinə görə Qətərlə diplomatik münasibətlərin kəsildiyini elan ediblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.