DÜNYA


Qətəri təcrid etmək regiondakı vəziyyəti daha da gərginləşdirəcək

Tehran, 5 iyun , AZƏRTAC

Ərəb koalisiyasına daxil olan ölkələrin Qətərlə diplomatık əlaqələri kəsərək, onu təcrid etməyə çalışması regiondakı vəziyyəti daha da gərginləşdirəcək.

Bu fikri İran Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Həmid Əbu-talibi deyib. O bildirib ki, Qətəri təcrid etməyə çalışan dövlətlər öz fikirləri ilə deyil, başqalarının iradəsi ilə hərəkət edirlər və bu, düzgün qərar deyil, sabitliyin bərpasına xidmət etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.