SİYASƏT


Qətərin “The Peninsula” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da Qətərin nüfuzlu “The Peninsula” qəzetində “Heydər Əliyev: Azərbaycanın ümummilli lideri” adlı geniş məqalə dərc edilib.

Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə bildirilir ki, Azərbaycan xalqı hər il öz ümummilli lideri Heydər Əliyevin doğum gününü qeyd edir. Heydər Əliyev ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi liderdir.

Yazıda Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir. Onun Azərbaycanın tarixi Naxçıvan şəhərində andan olduğu və bir çox yüksək vəzifələr tutduğu diqqətə çatdırılır. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyi və bununla da SSRİ-nin rəhbərlərindən biri olduğu qeyd edilir.

Məqalədə 1987-ci ildə Ümummilli Liderin Sovet İttifaqının yeritdiyi siyasətə etiraz olaraq vəzifəsindən istefa verdiyi, 1990-cı il 20 Yanvar hadisələrindən sonra isə sovet rəhbərliyinə etirazını bildirdiyi və Azərbaycana qayıtdığı barədə məlumat verilir. Azərbaycanın ağır günlərində xalqın tələbi ilə yenidən rəhbərliyə gələn Heydər Əliyevin 1993-cü və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçildiyi qeyd edilir.

Müəllif Azərbaycanın yeni tarixinin 30 ildən çox dövrünün, ölkənin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın bu gün Şərq və Qərb arasında etibarlı tərəfdaşa çevrildiyini vurğulayır. Heydər Əliyevin beynəlxalq arenadakı inamlı addımları sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinin mövqeyinin dəyişdiyi və bütün beynəlxalq hüquqi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsinin əksini tapdığı qeyd edilir.

Məqalədə, həmçinin Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyi bildirilir. Heydər Əliyevin bütün azərbaycanlıların qəlbində və yaddaşında yaşadığı, Azərbaycan var olduqca onun da yaşayacağı vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.