DÜNYA


Qətərin iki tankeri BƏƏ limanına buraxılmayıb

Abu-Dabi, 5 iyul, AZƏRTAC

Dörd ərəb ölkəsinin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qətərə tətbiq etdikləri sanksiyalara görə, bu ölkənin qaz kondensatı daşıyan iki tankeri BƏƏ limanına buraxılmayıb. Bu barədə Əmirlikdə çıxan “The National” qəzeti Abu-Dabi Milli Neft Şirkətinın – ADNOC-un bəyanatına istinadla yazıb.

Məlumatda bildirilir ki, Doha barəsində sanksiyalar qüvvədə olduğuna görə, 1 milyon barrel kondensatla Ər-Ruvaysda neft emalı zavoduna istiqamət götürən iki tankerin geri qaytarılması barədə qərar qəbul edilib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.