DÜNYA


Qətərin xarici işlər naziri: Böhranın həlli üçün uyğun şərtlərlə dialoqa hazırıq

Bakı, 2 iyul, AZƏRTAC

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ərəb ölkələri ilə dialoqa hazır olduqlarını bildirib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Qətərin xarici işlər naziri Romada səfərdə olarkən ərəb ölkələrinin hazırladıqları 13 maddəlik tələb siyahısının terrorizmlə mübarizə baxımından əlaqəsi olmadığını deyib. O, Qətərin azadlıqlarını məhdudlaşdıran maddələrin olduğu bu siyahını rədd etdiklərini açıqlayıb. Nazir Əl-Təni böhranın həlli üçün uyğun şərtlərlə dialoqa hazır olduqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.