DÜNYA


Qətərlə Səudiyyə Ərəbistanının sərhədində minlərlə avtomobil yığışıb

Bakı, 6 iyun, AZƏRTAC

Qətərlə Səudiyyə Ərəbistanının sərhədindəki nəzarət buraxılış məntəqəsi qarşısında minlərlə yük və minik avtomobili toplaşıb. Növbələr kilometrlərlə uzanır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna Səudiyyə Ərəbistanının Qətər nömrələri ilə hərəkət edən yük maşınlarını öz ərazisinə buraxmaması və bu ölkənin vətəndaşlarını vətənlərinə göndərmək barədə qərarı səbəb olub.

Həmçinin Səudiyyə Ərəbistanının Qətəri iqtisadi blokadaya almaq qərarının ardından bu ölkədə ərzaq mallarının qıtlaşdığı bildirilir. KİV-lər mağazaların boşalmış piştaxtalarının görüntülərini yayırlar. “Al-İktisadiya” qəzetinin məlumatına görə, Qətər gündəlik tələbat mallarının, ilk növbədə, ərzağın təxminən 70 faizini idxal edir. Bu malların əksəriyyəti qonşu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gəlir. Onlar Qətərə ət, süd məhsulları və tərəvəz ixracına görə birinci yeri tuturlar.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarını dəstəkləməkdə təqsirləndirərək onunla bütün əlaqələri kəsdiklərini bəyan ediblər. Sonradan onlara Yəmən, Maldiv adaları, Liviya və Mavrikiya ada dövləti də qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.