DÜNYA


Qətərlə diplomatik əlaqələri kəsən ərəb ölkələrinin sayı 6-ya çatıb

Bakı, 5 iyun, AZƏRTAC

Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar. Bununla da Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı 6-ya çatıb

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bazar ertəsi günü səhər Yəməndəki Ərəb koalisiyası Dohanı Əl-Qaidə və İŞİD terror qruplaşmalarını dəstəkləməkdə təqsirləndirərək Qətəri öz sıralarından çıxardıqlarını bildiriblər. Bir qədər əvvəl eyni bəyanatla Liviya da çıxış edib.

Xatırladaq ki, ilk olaraq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.

Qətər isə öz növbəsində ərəb ölkələrinin bu qərarından təəssüfləndiyini və onu əsassız hesab etdiyini bildirib. Həmçinin Doha ərəb ölkələrinin qəbul etdiyi qərarın ölkə vətəndaşlarının və rezidentlərinin həyatına təsir göstərməyəcəyi barədə bəyanat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.