İQTİSADİYYAT


Qeyri-neft ixrac potensialının gücləndirilməsində əqli mülkiyyət xüsusi rola malikdir

Bakı, 30 may, AZƏRTAC

Qeyri-neft ixrac potensialının gücləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təşviqi və yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində əqli mülkiyyət sahəsinin xüsusi rolu var.

AZƏRTAC xəbər verir ki, bu fikri mayın 30-da Bakıda “Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda keçirilən beynəlxalq seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədr müavini Niyazi Rəhimov deyib.

O bildirib ki, patent sisteminin inkişafına nail olmaqla innovativ həllərin sənayedə tətbiqi imkanlarının artması məqsədilə Prezident İlham Əliyev tərəfindən ardıcıl islahatlar aparılır. Ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza mövcuddur.

Yaxın vaxtlarda komitə tərəfindən yaradılacaq hüquqi həllər barədə məlumat verən N.Rəhimov deyib ki, bu, ənənəvi biliklərin tətbiqinin geniş təşviqinə, eyni zamanda, erməni saxtakarlığı kimi təhlükələrdən qorunmağa, dünya ölkələri ilə daha sıx əməkdaşlıq və biliklər mübadiləsinə xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.