Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qeyri-neft ixracatçılarının respublika müşavirəsi çərçivəsində sahibkarlarla müzakirələr aparılıb VİDEO

Yevlax, 17 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzində qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının tapşırığına uyğun olaraq, müşavirə çərçivəsində keçirilən müzakirələrdə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev ixracatçı sahibkarlarla görüşüblər.

Görüşdə toxumçuluğun inkişafı üçün torpaqların təyinatının dəyişdirilməsi, tingçilik təsərrüfatının yaradılmasına dəstək göstərilməsi, tara istehsalının təşkili, uyğunluq və gigiyenik sertifikatların daha uzun müddətə verilməsi, gömrük sahəsində regionlarda xidmətlər bazasının genişləndirilməsi, yerli istehsal məhsullarına kod verilməsi, xaricdə logistik mərkəzlərin yaradılması, bəzi nəqliyyat tariflərinə baxılması, şirkətlərarası əlaqələrin genişləndirilməsi, qablaşdırma üçün şüşə istehsalı, yeni gömrük və fitosanitar laboratoriyanın yaradılması və digər məsələlər barədə sahibkarların fikirləri və təklifləri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Müzakirələrdə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub, şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkiblər. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, şüşə istehsalçılarından biri olan “İnterGlass” artıq ikinci istehsal xəttinin qurulmasına başlayıb. “Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır. Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, Azərbaycanda yaşıl şüşə istehsalı üçün lazım olan qum var. Ağ şüşə istehsalı üçün lazım olan qum isə böyük ehtimalla Rusiyadan idxal olunacaq. Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca proqram hazırlamışıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün “İnterGlass”ın həyətində olan hazır şüşə materialları üç aydır satılmır. İstərdim ki, bu məsələ sahibkarlarla müzakirə olunsun”, - deyə ASK prezidenti qeyd edib.

Şirkətlər arasında əlaqənin qurulmasında problemlər olduğunu bildirən Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib: “Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Şirkətlərin saytlarını tez-tez izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə üç il bundan əvvəl yeniləyib. Bəzən görürük ki, bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir. Yəni, bir-birindən xəbərləri yoxdur. Əlaqələndirmə düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olarkən istehsal edilən məhsullar barədə ətraflı məlumat almaq imkanına malik olmalıdırlar. Şirkətlər saytlarını fəal şəkildə idarə etməlidir”.

Prezidentin köməkçisinin iradı ilə razılaşan Məmməd Musayev bildirib ki, məsələ çox düzgün qaldırılıb. Əlaqələndirmədə ciddi boşluqlar var və bu problemi aradan qaldırmağa çalışacaqlar.

“Azərtoxum”un hazırda 10 min hektar sahədə toxumluq arpa və buğda səpini, 2 min hektar sahədə isə qarğıdalı əkini həyata keçirdiyini vurğulayan səhmdar cəmiyyətin icraçı direktoru Məzahir Qasımov deyib: “Bizim 30 min hektar ərazidə əkin-biçin aparmaq imkanımız var. Bundan başqa, 60 min ton məhsulu saxlaya biləcək anbarımız var. İki il əvvəl Şəmkir rayonunda Ceyrançöl deyilən ərazidə səhmdar cəmiyyət üçün 5 min hektar ərazi ayrılıb. Lakin, həmin torpaqlar qışlaq təyinatlı olduğuna görə, biz ondan səmərəli istifadə edə bilmirik. Həmin torpaqların qış otlaq sahəsi olmasına baxmayaraq, orada bir baş belə mal-qara yoxdur. Xahiş edirəm ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzərə alınsın və problem həllini tapsın".

Sahibkara cavab olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən çox ciddi tapşırıq verilib. Torpaqların təyinatının dəyişdirilməsi zamanı balans gözlənilməlidir. “Biz bu il 121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq. Sizin müəssisənin maddi-texniki bazasına bələdəm. Hətta toxumçuluğun inkişafı üçün kənd təsərrüfatı strukturuna daxil olan torpaq sahələrindən bir neçə min hektarı müvəqqəti olaraq sizin istifadənizə verilib. Hazırda əsas məsələ örüş və otlaqların əkin dövriyyəsinə cəlb edilməsi deyil. Biz balansı gözləməliyik. Çünki hazırda mövcud olan örüş və otlaq sahələri heyvandarlığın tələbatının 75 faizini təmin edir. Örüş və otlaqların kütləvi sürətdə əkin dövriyyəsinə cəlb edilməsi bu problemi qloballaşdıra bilər. Ona görə də mütləq həmin əraziyə baxış keçirilməlidir. Amma düşünürəm ki, bu məsələ həll oluna bilər", - deyə nazir vurğulayıb.

Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib ki, sahibkarların üzləşdiyi əsas problemlərdən biri dəmir yolları vasitəsilə daşınma ilə əlaqədardır. “Xammalın ixracı zamanı şirkətlər daşımalarla bağlı problemlərlə üzləşir. Assosiasiyanın üzvü olan şirkətlər tərəfindən istehsal olunan məhsulların daşınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin parkında olan sisternlər kifayət etmir. Bizim xammal idxala bağlıdır. Ona görə də daşımalarla bağlı məsələlərin tənzimlənməsinə ehtiyac var”, - deyə E.Mədətov qeyd edib.

Sahibkara cavab olaraq Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, ölkədaxili daşımalarda tarif tənzimlənməsi doğrudan da vacibdir. Dövlətimizin başçısı dəmir yolu parkının yenilənməsinə dair müvafiq göstəriş verib. Bütövlükdə nəqliyyat sektorunda daşımaların ən yüksək səviyyəyə qaldırılması üçün zəruri tədbirlər görülür. “Azərbaycan Dəmir Yolları” QSC parkın yenilənməsi istiqamətində müvafiq iş aparır, müxtəlif təyinatlı vaqonlar alır.

Müzakirələrdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlara müraciət edərək deyib ki, sahibkarlar arasında kommunikasiya daha sıx qurulmalıdır: "Yəqin ki, biz bu formatda əməkdaşlıq qurmağa başlayacağıq. Düşünürəm ki, növbəti forumlarda sahibkarlar tərəfindən qaldırılan mövzular ətrafında əvvəlcədən müzakirələr aparıla bilər. Sahibkarlar özləri təqdimat imkanı qazanmaqla təşkilati tədbirlər görə bilər. Məsələn, hansısa 5 şirkət istehsal etdiyi məhsullar barədə təqdimat etmək istəyir. Bunun üçün biz sahibkarlarla görüşür, əvvəlcədən hansı mövzuda təqdimatlar olacağı ilə bağlı onları məlumatlandırırıq. Bu barədə aidiyyəti qurumlara da müvafiq tapşırıq verəcəyəm. İnanıram ki, bu formatda əməkdaşlıq müsbət nəticələrini verəcək".

Dialoq şəkilində davam edən müzakirələrdə müvafiq qurumların rəhbərləri qaldırılan məsələlər barədə fikirlərini bildirib, təmsil etdikləri struktur bölmələrinə tapşırıqlar veriblər.

Sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə, eləcə də qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən islahatlara görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Qeyri-neft ixracatçılarının respublika müşavirəsi çərçivəsində sahibkarlarla müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək