İQTİSADİYYAT


Qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor tutur

Bakı, 19 iyul, AZƏRTAC

Bu il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (121 milyon ABŞ dolları) tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul ayı üçün sayında qeyd edilib.

İcmalda göstərilir ki, ikinci yeri qızıl (50,9 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (48,4 milyon ABŞ dolları) tutur. Təhlillər göstərir ki, 6 ayda xüsusən də kənd təsərrüfatı və emal məhsullarının ixracında ciddi artım var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.