İQTİSADİYYAT


Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub 

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

2016-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına da səbəb olub.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, cari ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilib, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılıb, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi davam etdirilib.

Bununla yanaşı, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, kiçik və orta sahibkarlığın stimullaşdırılması, rəqabət mühitinin təmin edilməsi sahəsində əlavə tədbirlər görülüb.

Nəticədə 2016-cı ilin üç rübü ərzində qeyri-neft sektoru üzrə vergi daxilolmaları 3,8 milyard manatdan artıq və ya proqnozdan 64,2 milyon manat çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.