CƏMİYYƏT


Qeyri-qanuni dini təbliğat apardıqlarına görə cari ilin altı ayında 138 nəfər saxlanılıb

Bakı, 19 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etiqad azadlığı haqqında” qanunla müəyyənləşdirilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.

DİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Yasamal, Nizami, respublikanın Gəncə, Şirvan, Quba, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 10 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Həmin şəxslərdən 309 dini təyinatlı ədəbiyyat, 34 CD disk aşkarlanaraq götürülüb.

Ümumilikdə cari ilin altı ayı ərzində “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib. Onlardan 1066 dini ədəbiyyat, 102 CD və DVD, 16 audio kaset, 94 jurnal aşkarlanaraq götürülüb.

Görülmüş tədbirlər nəticəsində bir fakt üzrə cinayət işi başlanılıb.

Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

DİN-in təmsilçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Prokurorluğun və digər dövlət qurumlarının nümayəndələri ilə birlikdə ictimaiyyət arasında radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri, bu sahədə mübarizənin hüquqi əsasları barədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə zonalar üzrə konfranslar keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.