İQTİSADİYYAT


Qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Bakı, 31 mart, AZƏRTAC

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, o cümlədən güclü küləklə əlaqədar "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər tam nəzarətə götürülüb: “Bütün regionlarda, rayonlarda, qəsəbə və ucqar kəndlərdə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, maşın-mexanizmlərimiz hazır vəziyyətə gətirilib. Son illərdə paylayıcı elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazımi tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır", - deyə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Hazırda ölkə ərazisində elektrik enerjisinin verilişində heç bir problem yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.