CƏMİYYƏT


Qeyri-sabit hava şəraiti üç gün davam edəcək

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-si axşamdan etibarən şimal və qərb rayonlarından başlayaraq bəzi bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv, leysan xarakterli olacaq, dolu düşəcək. Arabir güclənən qərb küləyi əsəcək. Respublika çaylarında sululuğun artacağı ehtimal olunur.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək davam edəcəyini bildirib. O, iyun ayında hava şəraitinin proqnozlara uyğun, gözlənildiyi kimi keçdiyini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.