CƏMİYYƏT


Qəza baş verən ərazidə itkin düşən neftçilərin yaşayış bloku tapılıb

Bakı, 17 dekabr, Elvin Camalov, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli neft yığım məntəqəsində baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı hadisə baş verən ərazinin yaxınlığında suyun dibində yaşayış bloku tapılıb.

Bu barədə AZƏRTAC-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində, bəzi parçaları qırıq vəziyyətdə olan itkin düşmüş neftçilərin yaşayış bloku aşkar edilib.

Dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış blokunda yoxdur.

Axtarış işləri davam etdirilir.

Xatırladaq ki, dünən dənizin dibində aşkar edilmiş soyunub-geyinmə budkası sudan çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.