DÜNYA


Qəzaya uğrayan Braziliya təyyarəsinin göyərtəsində 77 nəfər olub VİDEO

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Xilasetmə xidmətinin əməkdaşları Braziliyanın “Şapekoense” klubu futbolçularını Kolumbiyaya aparan təyyarənin qəzaya uğradığı yerə baxış keçiriblər. Dünən baş vermiş qəza ilə bağlı bir sıra məqamlar aydınlaşıb.

AZƏRTAC xəbər verir ki, xarici KİV-lərdə yayılan məlumatlara görə, təyinat məntəqəsinə 30 kilometr qalmış qəzaya uğrayan təyyarənin göyərtəsində 81 deyil, 77 nəfər olub. Dörd nəfər son anda uçmaqdan imtina edib. Qəzadan 6 nəfər sağ qurtarıb. Kolumbiyanın hakimiyyət orqanları faktı təsdiqləyiblər.

Təyyarə yerli vaxtla saat 22:30-da qəzaya uğrayıb. Buna qədər isə hava şəraiti optimal olmadığından eniş üçün icazə gözləyərək Xose Mariya Kodova aeroportu üzərində dövrə vurub. Medelin aeroportu administrasiyasının açıqlamasına görə, ekipaj qəza ərəfəsində laynerin elektrik avadanlığında nasazlıq yarandığı barədə məlumat verib. Qonşu La-Sexa şəhərinin rəhbərliyi isə hesab edir ki, qəzaya yanacaq çatışmazlığı səbəb ola bilər. İlkin məlumata əsasən, eniş vaxtı partlayış baş verməməsi üçün pilotlar yanacağı havada bilərəkdən sərf ediblər.

Kolumbiya mülki aviasiya idarəsi təyyarənin hər iki “qara qutu”sunun tapıldığını bildirib.

Xatırladaq ki, təyyarə Kolumbiyanın Medelin şəhərinə uçurdu. Noyabrın 30-da burada yerli “Atletiko Nasional” və Braziliyanın “Şapekoense” klubları arasında Cənubi Amerika kubokunun ilk final oyunu keçirilməli idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.