CƏMİYYƏT


Qida borusu xərçənginin inkişafı riskini üzə çıxaran sadə test hazırlanır

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Kraliça Mariya Universitetinin (London) alimləri xərçəngin ən ölümcül növlərindən birinin inkişafı riskinin yüksək olduğu insanları müəyyən etməyə imkan verən sadə test üzərində işləyirlər.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, söhbət xərçəngin geniş yayılmış tiplərindən biri olan qida borusu xərçəngindən gedir. Xərçəngin bu növü ilə bağlı proqnozlar acınacaqlıdır. Xəstələrin yalnız 15 faizi diaqnoz qoyulandan 5 il sonra sağ qalır.

Alkoqollu içki içmək, siqaret çəkmək və piylənmə bu xəstəliyin inkişaf riskini artıra bilər, amma Barrett qida borusu deyilən vəziyyət hazırda ən ciddi risk amilidir. Həmin vəziyyət qıcqırma ilə bağlıdır. Bu zaman mədə turşusu qida borusu ilə yuxarı qalxaraq, borunu örtən hüceyrələrdə dəyişiklik yarada bilər. Nəticədə xərçəngdən əvvəlki vəziyyət yaranır. Barrett qida borusu olan pasiyentlər xərçəng xəstəliyinin qarşısını almaq üçün müntəzəm endoskopiya müayinəsindən keçməlidirlər. Bu prosedur müəyyən narahatlıq yaradır, çox vaxt aparır və nəticələr hazır olana qədər xəstələri gərginlikdə saxlayır.

Tədqiqatçılar Barrett qida borusu olan xəstələrin hüceyrələrinin genetik tərkibinə baxaraq, onların hansında xərçəngin inkişaf riskinin yüksək olduğunu müəyyən etməyin üsulunu tapıblar. Bunun üçün endoskopun borucuğuna bərkidilmiş kiçik şotkanın köməyi ilə hüceyrələri qida borusunun daxilindən çıxarırlar.

Barrett qida borusundan əziyyət çəkən 300 pasiyentin hüceyrə nümunələrində aparılan test göstərib ki, əgər nümunədə bütün hüceyrələr eynidirsə, çətin ki, insanda xərçəng inkişaf etsin. Amma hüceyrələr bir-birindən çox fərqlənirsə, xəstəliyin inkişafı riski çox yüksəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.