REGİONLAR
Qida məhsullarının istehsalı 4,0 faiz artıb
Bakı, 26 yanvar, AZƏRTAC
Ötən il ərzində 2015-ci illə müqayisədə qida məhsullarının istehsalında 4,0 faiz artım, tütün məmulatlarının istehsalında 13,4 faiz, içki istehsalında isə 10,0 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 1,7 faiz artaraq 49,3 min ton, marqarin istehsalı 91,0 faiz artaraq 47,6 min ton, kərə yağı istehsalı 7,9 faiz artaraq 25,6 min ton, qənd istehsalı 26,7 faiz artaraq 418,5 min ton, mineral suların istehsalı 2,3 dəfə artaraq 14,5 milyon dekalitr, alkoqolsuz içkilərin istehsalı 25,6 faiz azalaraq 18,4 milyon dekalitr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]