İQTİSADİYYAT


Qida məhsullarının istehsalında 3,7 faiz artım müşahidə olunub

Bakı, 18 may, AZƏRTAC 

Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə bu il tütün məmulatlarının istehsalında 49,0 faiz azalma, qida məhsullarının istehsalında 3,7 faiz, içki istehsalında isə 39,4 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, pendir və kəsmik istehsalı 3,9 faiz, qaymaq və xama istehsalı 1,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,1 dəfə, marqarin istehsalı 14,7 faiz, duru bitki yağlarının istehsalı 13,2 faiz, cem və marmeladların istehsalı 2,9 faiz, alkoqolsuz içkilərin istehsalı 31,5 faiz, pivə istehsalı 33,7 faiz artıb, bununla yanaşı qənd və şəkər tozu istehsalı 19,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.