İQTİSADİYYAT


Qida məhsullarının istehsalında 3,8 faiz artım olub

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,8 faiz, tütün məmulatlarının istehsalında 10,5 faiz artım, içki istehsalında isə 12,0 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 2,2 faiz artaraq 27,8 min ton, marqarin istehsalı 56,0 faiz artaraq 26,7 min ton, kərə yağı istehsalı 6,5 faiz artaraq 14,8 min ton, qənd istehsalı 11,0 faiz artaraq 215,6 min ton, likörlər istehsalı 2,4 dəfə artaraq 93,2 min dekalitr, mineral suların istehsalı 1,8 dəfə artaraq 8,7 milyon dekalitr, alkoqolsuz içkilərin istehsalı 29,1 faiz azalaraq 10,6 milyon dekalitr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.