İQTİSADİYYAT


Qida məhsullarının istehsalında 4,3 faiz artım olub

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 4,3 faiz artım, tütün məmulatlarının istehsalında 6,9 faiz, içki istehsalında isə 12,2 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 2,3 faiz artaraq 37,2 min ton, marqarin istehsalı 64,3 faiz artaraq 32,6 min ton, kərə yağı istehsalı 6,7 faiz artaraq 19,0 min ton, qənd istehsalı 21,2 faiz artaraq 332,0 min ton, likörlərin istehsalı 2,7 dəfə artaraq 125,7 min dekalitr, mineral suların istehsalı 1,9 dəfə artaraq 11,1 milyon dekalitr, alkoqolsuz içkilərin istehsalı isə 27,6 faiz azalaraq 15,5 milyon dekalitr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.