CƏMİYYƏT
Qida zəhərlənməsi hadisələri əsasən məişətdə baş verir
Bakı, 25 noyabr, AZƏRTAC
Bu ilin oktyabr ayı ərzində əhali arasında baş vermiş 78 qida zəhərlənməsi hadisəsindən 86 nəfər zərər çəkib.
Bu barədə AZƏRTAC-a açıqlama verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev ötən ay 1 botulizm hadisəsinin qeydə alındığını, bundan 7 nəfərin zərər çəkdiyini də bildirib.
Qida zəhərlənməsi hadisələrinin əsasən məişətdə baş verdiyini vurğulayan şöbə müdiri əhaliyə ərzaq məhsulları alarkən diqqətli olmağı tövsiyə edib. O bildirib ki, ət və süd məhsulları, şirniyyatlar, kremli qənnadı məmulatları, konservləşdirilmiş məhsullar, kolbasa məmulatları qısa müddətdə xarab olduğu üçün onlar insanlarda daha çox zəhərlənməyə səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]