İDMAN


Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub

Bakı, 2 iyun, AZƏRTAC

Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışda “Neftçi İdman Klubu” İctimai Birliyinin təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.

Klubun yetirmələri sablya yarışlarında mübarizə aparıblar. Bu növdə bütün medallara klubun qılıncoynadanları yiyələniblər. Belə ki, 12 sablyaçının qatıldığı kişilərin yarışında Cavanşir Ağakişiyev paytaxt çempionatının qalibi olub. Yalnız finalda məğlub olan Elvin Rzazadə gümüş, Abdulla Əhmədov və Xalid Əsədov isə bürünc medala layiq görülüblər.

Qadınlar arasında Sabina Mikina yarışın qızıl medalına sahib olub. Sevil Bünyatova 2-ci, Nərminə Cəfərova və Sevinc Bünyatova isə 3-cü yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.