RƏSMİ SƏNƏDLƏR


Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük önəm verirlər.

Əminəm ki, Qırğızıstan-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

 

Almazbek Atambayev

Qırğız Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır