Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə

Hörmətli Almazbek Şarşenoviç, 

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 avqust 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin