DÜNYA


Qırğızıstan Prezidenti Almazbek Atambayevin vəziyyəti qənaətbəxşdir

A+ A

Bişkek, 20 sentyabr, AZƏRTAC 

Qırğızıstan Prezidenti Almazbek Atambayevin vəziyyəti qənaətbəxşdir və o, həkim nəzarəti altındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezidenti Aparatının rəhbəri Fərid Niyazov məlumat verib.

Xatırladaq ki, Prezident Almazbek Atambayev ürəyindəki problemlə bağlı BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcək. Prezident Atambayevin təyyarəsi dünən axşam Nyu-Yorka gedərkən İstanbulda eniş edib. Bu vaxt dövlət başçısı sinə hissəsində ağrılardan şikayətlənib.

Aparat rəhbəri Prezident Atambayevin İzmir xəstəxanalarından birinə yerləşdirilməsi barədə Türkiyə KİV-lərində yayılmış xəbəri şərh etməkdən imtina edib.

Qulu Kəngərli

AZƏRTAC–ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.