DÜNYA


Qırğızıstan Prezidenti hökuməti istefaya göndərib

A+ A

Bişkek, 26 oktyabr, AZƏRTAC

Qırğızıstan Prezidenti Almazbek Atambayev respublika hökumətinin istefasına dair fərman imzalayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatında Nazirlər Kabinetinin istefasının dörd deputat fraksiyası arasında saziş əsasında təşkil olunan parlament koalisiyasının statusunun itirilməsi səbəbindən qəbul edildiyi deyilir.

Fərmana əsasən baş nazirə, onun müavinlərinə, hökumət üzvlərinə, həmçinin administrativ idarə rəhbərlərinə yeni hökumət heyəti və administrasiya idarələrinin rəhbərləri təyin olunana qədər vəzifələrini icra etmək tapşırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.