DÜNYA


Qırğızıstan Prezidenti ürəyində yaranan problemlə bağlı məzuniyyətə çıxıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Qırğızıstan Prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsi ilə əlaqədar BMT-nin Baş Assambleyasının sessiyasında iştirakdan imtina edib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətindən Almazbek Atambayevin tibbi müayinədən keçmək üçün qısamüddətli işçi məzuniyyəti götürdüyünü bildiriblər. Prezident administrasiyasının məlumatına əsasən, prezidentin məzuniyyəti oktyabrın 1-dək davam edə bilər.

Məlumat verilir ki, Almazbek Atambayev Bişkekdən Nyu-Yorka uçarkən özünü pis hiss edib. İlkin müayinələr zamanı bu yaxınlarda 60 yaşını qeyd edən prezidentdə ürəklə bağlı problemlər aşkarlanıb. Onun Nyu-Yorka səfəri bu səbəbdən təxirə salınıb.

BMT-nin Baş Assambleyasında ölkənin nümayəndə heyətinə xarici işlər naziri Erlan Abdıldayev rəhbərlik edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.