DÜNYA


Qırğızıstan Prezidentinin növbəti klipi YouTube şəbəkəsində yerləşdirilib

A+ A

Bişkek, 7 iyul, AZƏRTAC 

Qırğızıstan Prezidenti Almazbek Atambayevin “Mən sənsiz yaşaya bilmirəm” mahnısına çəkilən klipi YouTube şəbəkəsində yerləşdirilib. Klipə sutka ərzində 50 min tamaşaçı baxıb. Sayca beşinci olan bu mahnını da dövlət başçısı özü ifa edir.

Klipi kinorejissor Furkat Tursunov çəkib və burada 1967-ci ildə “Mosfilm” kinostudiyasında istehsal olunan “Bir daha məhəbbət haqqında” filminin kadrlarından istifadə edilib.

Prezident deyib: “Bu mahnı 2009-cu ildə rus şairi Nikolay Aseevin eyni adlı şerinə yazılıb. Tələbə olanda institut ansamblında gitarada bunu ifa etmişəm. Məncə mahnı da yaxşı alınıb”.

Musiqi və ədəbiyyata böyük marağının olduğunu söyləyən dövlət başçısı 2017-ci ildə prezidentlik müddəti başa çatdıqdan sonra aktiv yaradıcılığa başlayacağını deyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.