DÜNYA


Qırğızıstan hökuməti villaların, bahalı avtomobillərin sahiblərindən daha çox vergi tutulması təklifini irəli sürüb

A+ A

Bişkek, 2 iyul, AZƏRTAC

Qırğızıstan hökuməti villaların, bahalı avtomobillərin sahiblərindən daha çox vergi tutulması təklifini irəli sürüb.

Bu məsələ ilə bağlı hazırlanan qanun layihəsinə görə, əmlakın böyüklüyü və zənginliyindən asılı olaraq verginin miqdarı dəyişəcək. Belə ki, 200 kvadratmetrdən çox mənzil sahəsi üçün əmlakın dəyərinin 0,5 faizi, 300 kvadratmetrdən artıq mənzil sahəsi üçün isə 0,8 faizi məbləğində vergi tutulacaq.

Avtomobillər üçün verginin miqdarı isə istehsal ili və mühərrikin həcminə görə müəyyən olunacaq.

Qanun layihəsi müzakirə edilməsi üçün Qırğızıstan hökumətinin rəsmi saytında yerləşdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.