SİYASƏT


Qırğızıstan mətbuatı bu ölkədə Heydər Əliyevə həsr olunan konfransı geniş işıqlandırıb

Bişkek, 12 may, АZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirdiyi “Heydər Əliyev və Dövran” adlı beynəlxalq konfrans bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

Belə ki, Qırğızıstanın “Kabar” milli informasiya agentliyində və ölkənin ən çox oxunan “Akipress” informasiya agentliyində məqalələr verilib, “Exo Manasa”, “Piramida” və “NTS” televiziya kanallarında məlumatlar yayılıb, “Manas” və “Almaz” radiolarında geniş xəbərlər təqdim olunub.

Məlumatlarda Heydər Əliyevin müasir Azərbaycanın inkişafındakı böyük rolundan, Ulu Öndərin dünyamiqyaslı siyasi xadim olmasından, Ümummilli Liderin təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən bəhs edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.