DÜNYA


Qırğızıstan parlamenti hökumətin strukturunu və proqramını təsdiq edib

A+ A

Bişkek, 10 noyabr, AZƏRTAC 

Qırğızıstanın Baş nazirinin səlahiyyətlərini icra edən Sooronbay Jeenbekovun təqdimatına əsasən ölkə parlamenti-Joqorku Keneş noyabrın 9-da keçirilən plenar iclasında hökumətin strukturunu və proqramını təsdiq edib.

Sooronbay Jeenbekov Qırğızıstanın Baş naziri, Muxammetkalıy Abulqaziev birinci müavin, Oleq Pankratov, Çolpon Sultanbekova və Jeniş Razakov Baş nazirin müavinləri, Akılbek Osmonaliev nazir ranqında Hökumət Aparatının rəhbəri vəzifələrinə təsdiq ediliblər.

Parlamentin iclasında Arzıbek Kojoşevi iqtisadiyyat, Adılbek Kasımaliev maliyyə, Nurbek Muraşev kənd təsərrüfatı, yeyinti sənayesi və meliorasiya, Jamşitbek Kapilov nəqliyyat və yollar, Uran Axmetov ədliyyə, Erlan Abdıldaev xarici işlər, Ulan İsrailov daxili işlər, Kubatbek Boronov fövqəladə hallar, Talantbek Batıraliev səhiyyə, Tuqelbay Kazakov mədəniyyət, informasiya və turizm, Qulmira Kudayberdieva təhsil və elm, Talaykul İsankulov əmək və sosial inkişaf nazirləri vəzifələrinə təyin ediliblər.

İclasda Duyşenbek Zilaliev sənaye, energetika və təbii sərvətlər, Bakıt Şarşenbiev informasiya texnologiyaları və rabitə, Abdil Seqizbaev milli təhlükəsizlik komitələrinin sədrləri vəzifələrinə təsdiq olunublar.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.