SİYASƏT
Qırğızıstan parlamenti ilə TDƏŞ arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Bişkek, 4 oktyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov Qırğızıstanda keçirilən parlament seçkiləri çərçivəsində Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Tuyqunalı Abdraimov ilə görüşüb.
Görüşdə Qırğızıstanda keçirilən parlament seçkiləri, türkdilli ölkələrin parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsi, Qırğızıstan parlamenti - Joqorku Keneşlə TDƏŞ arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Seçkilər haqqında söhbət açan T.Abdraimov seçkilərin ədalətli, açıq və şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib.
R.Həsənov TDƏŞ-nın xətti ilə görülən işlər haqqında məlumat verib, əlaqələrin daha da genişləndirilməsi məsələlərinə toxunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek