DÜNYA


Qırğızıstan parlamentində koalisiya çoxluğunu formalaşdırmaq Sosial-Demokrat Partiyasına həvalə edilib

A+ A

Bişkek, 26 oktyabr, AZƏRTAC

Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin məlumatına görə, dövlət başçısı Almazbek Atambayev Sosial-Demokrat Partiyasının Joqorku Keneşdəki koalisiya çoxluğunun lideri İsa Omurkulovu qəbul edib. Prezident parlamentdə koalisiya çoxluğunu formalaşdırmağı Sosial-Demokrat Partiyasına həvalə edib.

Dövlət başçısının “Qırğızıstan parlamenti-Joqorku Keneşdə koalisiyaların formalaşdırılması haqqında” Fərmanına əsasən noyabrın 17-dək parlamentdəki fraksiyaların koalisiya çoxluğu formalaşdırılmalı, yeni hökumətin proqramı və strukturu təsdiq olunmalı, Baş nazirin namizədliyi və hökumətin tərkibi müəyyənləşdirilməlidir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.