SİYASƏT


Qırğızıstan portalı erməni cəllad Levon Mirzoyanın türkdilli xalqlara qarşı qəddarlığından yazır

Bişkek, 17 iyun, АZƏRTAC

Qırğızıstanın “Goldenbridgenews” portalı rus dilində “Levon Mirzoyan: İki xalqın cəlladı Azərbaycanda və Qazaxıstanda hakimiyyətin yüksək pilləsinə necə çatdı” sərlövhəli geniş məqalə yayıb.

Məqalədə bildirilir ki, XX yüzilliyin əvvəllərində erməni daşnaklarının qanlı qırğınları nəticəsində ancaq Azərbaycan xalqının deyil, digər türkdilli xalqların nümayəndələri də öldürülüb, sürgün edilib. Mirzoyan 1918-ci ildə Azərbaycanda qanlı mart qırğınlarında fəal iştirak edib. 1926-1929-cu illərdə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində işləyən Mirzoyan türkdilli xalqlara qarşı amansız terrorçuluq əməlləri törədib. Bir müddət Perm şəhərinə işlədikdən sonra Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə gətirilib. O, Qazaxıstanda öz məkrli planlarından əl çəkməyib, qazaxların kütləvi qırılmasına əmr verib.

Məqalədə “Kontinent-A” Regional Problemlərin Öyrənilməsi Mərkəzinin rəylərindən də istifadə edilib. Mərkəzin tədqiqatlarında deyilir ki, 1930-cu illərdə 5 milyon qazax məhv edilib və ya aclıqdan ölüb ki, bu da o zaman bu ölkədə yaşayan qazaxların yarısından çoxunu təşkil edir. L.Mirzoyan tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.