İDMAN


Qırğızıstan portalında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı material verilib

Bişkek, 14 may, АZƏRTAC

Qırğızıstanın goldenbridgenews.com portalı IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə bağlı AZƏRTAC-ın rus dilində materialını yayıb.

Yazıda bildirilir ki, açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər izləyib.

Materialda vurğulanır ki, idmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Qaliblərə ümumilikdə 1600 medal təqdim olunacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyin 70-dən çox əməkdaşı cəlb olunub. Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir.

Yazıda deyilir ki, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin açılış mərasimində çıxış edirlər.

Portal Mehriban Əliyeva və Yusif Əl-Osayminin çıxışlarını da tam olaraq verib.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.