İQTİSADİYYAT


Qırğızıstan portalının hazırladığı makroiqtisadi göstəricilərlə bağlı siyahıda Azərbaycanın adı birincidir

A+ A

Bişkek, 13 noyabr, AZƏRTAC

Qırğızıstanın ca-news portalı MDB Statistika Komitəsinin saytına istinadən birlik dövlətləri üzrə son 20 ilin makroiqtisadi göstəriciləri ilə bağlı material yayıb.

Ölkələr üzrə göstəricilər bir qrafikə yığılıb ki, oxucu son 20 ilin nəticələrini görə bilsin.

Siyahıya iqtisadiyyatı son 20 ildə 5 dəfədən çox artan, neftlə zəngin Azərbaycan mütləq liderlik edir.

Materialda bildirilir ki, Qazaxıstan yüksək göstərici nümayiş etdirə bilməyib. Bu ölkədə artım cəmi 26 faizdir. Vurğulanır ki, Orta Asiya ölkələri arasında Özbəkistan yüksək nəticə göstərib, iqtisadiyyatı 3 dəfə artıb.

Tacikistan və Qırğızıstan müvafiq olaraq 269 və 234 faizlə növbəti yerləri tutub.

Sonrakı yerlərdə Rusiya (177 faiz), Moldova (173 faiz) və Ukrayna (107 faiz) gəlir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.