DÜNYA


Qırğızıstanda 777 AAA avtomobil nömrə nişanı 25 min dollara satılıb

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Avtomobil nömrə nişanları Qırğızıstanın dövlət qeydiyyat xidmətinin elan etdiyi hərracda satışa çıxarılıb. Satışa çıxarılan 777 AAA nömrə nişanı 25 min dollara satılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qırğızıstanda ilk dəfə olaraq nadir rəqəm kombinasiyalı dövlət avtomobil nömrə nişanlarının satışı üzrə online-hərrac keçirilib. Üç mərhələdə keçiriləcək hərraca ümumilikdə 51 nömrə dəsti çıxarılıb. “Nüfuzlu” 111, 222 və digər nömrələrin start qiyməti 584 dollardan, 002-009, həmçinin 100, 200, 300 və bu kimi nömrələrin qiyməti isə 438 dollardan başlayır.

Mətbuat xidmətinin verdiyi məlumata əsasən, start qiyməti 60 min somdan (876 dollar) başlayan 777 AAA dövlət nömrə nişanı alıcılar arasında dörd saat sürən çəkişmədən sonra 1,7 milyon soma (25 min dollar) satılıb. 001 AAA (01-Bişkekin kodudur) kombinasiyalı dövlət nömrə nişanı isə təxminən 9 min dollara alıcı tapıb.

Dövlət qeydiyyat xidməti bu yolla avtomobil nömrə nişanlarının satışından əldə edilən vəsaiti indiyə qədər olduğu kimi, müəyyən şəxslərin cibinə deyil, respublika büdcəsinə yönəltmək istəyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.