MƏDƏNİYYƏT


Qırğızıstanda MDB yaradıcı ziyalılarının və alimlərinin 11-ci forumu keçiriləcək

A+ A

Bişkek, 11 oktyabr, AZƏRTAC 

Oktyabrın sonunda Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə bağlı MDB yaradıcı ziyalılarının və alimlərinin 11-ci forumu keçiriləcək. Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə tarix və mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirdə MDB ölkələrindən, o cümlədən Azərbaycandan 150-dən artıq tanınmış ziyalı, elm və mədəniyyət xadiminin iştirakı nəzərdə tutulur.

Təşkilat Komitəsinin iclasında artıq tədbirin planı, konsepsiya və proqramı təsdiq edilib.

Tədbirdə MDB ölkələri arasında humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.

Xatırladaq ki, Qırğızıstanda bu forum 2006-cı ildən hər il keçirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.