MƏDƏNİYYƏT


Qırğızıstanda “Qorqud ata” tamaşası nümayiş olunub

A+ A

Bişkek, 18 noyabr, AZƏRTAC 

TÜRKSOY-un təşəbbüsü ilə Qırğızıstan Akademik Milli Dram Teatrında “Qorqud ata” tamaşası göstərilib.

Bu haqda məlumatı Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanan tamaşanın təqdimatında TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın elm, incəsənət, mədəniyyət xadimləri, alimlər, ictimaiyyətin nümayəndələri, diplomatlar iştirak ediblər.

Düsen Kaseinov “Kitabi-Dədə Qorqud” dastanı haqqında məlumat verib, dastanın ümumtürk mədəniyyətinin tərkib hissəsi olduğunu bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.