DÜNYA


Qırğızıstanda avqustun 29-u matəm günü elan edilib

A+ A

Bakı, 28 avqust, AZƏRTAC

Qırğızıstan Prezidenti Almazbek Atambayev Moskvada anbarda baş verən yanğın nəticəsində ölkəsinin 14 vətəndaşının, eləcə də Oş-Bişkek yolundakı qəza zamanı 10 nəfərin həlak olması ilə əlaqədar avqustun 29-nu matəm günü elan edib. Qırğızıstan hakimiyyəti Moskvada yanğın qurbanlarının ailələrinə kömək etməyə söz verib. Bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadən "İnterfaks" məlumat verib.

Hadisə avqustun 27-də səhər Moskvanın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verib. Həlak olanların arasında Qırğızıstandan Moskvaya işləməyə gəlmiş 14 gənc qadın olub.

Faciə ilə bağlı cinayət işi açılıb. Müstəntiqlər hesab edirlər ki, hadisəyə səbəb qısa qapanma olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.