DÜNYA


Qırğızıstanda avtomobil qəzası nəticəsində beş nəfər həlak olub

A+ A

Bişkek, 13 sentyabr, AZƏRTAC

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə Cəlalabad vilayətinin Karakul şəhəri yaxınlığında, Bişkek-Oş magistral yolunun 377-ci kilometrində yük maşınının “Toyota” markalı minik avtomobili ilə toqquşması nəticəsində beş nəfər həlak olub, yeddi adam yaralanıb.

Yaralananlar vilayətin Kara-Kul şəhər xəstəxanasına yerləşdirilib.

Məlumatda deyilir ki, həlak olanların şəxsiyyəti və hadisənin səbəbləri araşdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.