DÜNYA
Qırğızıstanda parlament seçkiləri başlayıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Bu gün Qırğızıstanda parlament seçkiləri keçirilir. Ölkədəki seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtilə 07:00) açılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, saat 20:00-dək davam edəcək seçkilərin gedişini 70 ölkədən 600, eləcə də 2 min yerli müşahidəçi izləyir. Ölkədə biometrik qeydiyyat proseduralardan keçən 2,761 milyon nəfər seçkilərdə iştirak etmək hüququ qazanıb. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş sayılacaq. İlkin nəticələr səsvermə başa çatdıqdan 20-40 dəqiqə sonra açıqlanacaq.
Qırğızıstanın tarixində ikinci dəfədir ki, parlament seçkiləri bütünlüklə partiya sıyahıları üzrə keçirilir. Parlamentdəki 120 yer uğrunda 14 siyasi partiya mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]