DÜNYA


Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlanılıb

Bişkek, 19 iyun, АZƏRTAC

Qırğızıstanın Seçkilər və Referendumlar Mərkəzi Komissiyası ölkədə oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlayıb. İlk olaraq müxalifətdəki “Ata-Məkan” partiyasının lideri Omurbek Tekebayevin nümayəndələri komissiyaya müraciət ediblər və namizədin ərizəsi qəbul olunub.

Seçkilərlə bağlı iyunun 15-dən namizədlərin irəli sürülməsi kampaniyasına start verilib və proses avqustun 1-dək davam edəcək. Avqustun 26-dək isə namizədlərin hər biri 30 min seçicinin imzasını toplamalı, komissiyanın hesabına 1 milyon som (15 min dollar) məbləğində vəsait köçürməlidir.

Ekspertlərin rəyinə görə, prezident seçkilərində 15 namizədin iştirak edəcəyi gözlənilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.