DÜNYA


Qırğızıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Bakı, 20 iyun, AZƏRTAC

Qırğızıstanın İssık-Kul vilayətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 8 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayış yeraltı çənə qaz vurulan zaman baş verib.

Bu barədə Qırğızıstan Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Hadisə İssık-Kul vilayətinin Ananyevo kəndində qeydə alınıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.