SİYASƏT
Qırğızıstandakı səfirliyimizdə yaradılmış seçki məntəqəsində səsvermə yekunlaşıb
Bişkek, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyində yaradılmış 16 saylı Yasamal üçüncü seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermə başa çatıb.
Səsvermədə Bişkekdə yaşayan və işləyən, konsulluqda qeydiyyata alınan, həmçinin bu şəhərdə ezamiyyətdə olan vətəndaşlarımız iştirak ediblər.
Məntəqədə keçirilən səsvermə prosesini Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Lyudmila Kutuyeva, beynəlxalq müşahidəçilər və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri izləyiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek