SİYASƏT


Qırğızıstanın “Kabar” agentliyi Dünya Xəbər Agentliklərinin Bakı Konqresi barədə məlumat yayıb

A+ A

Bişkek, 16 noyabr, AZƏRTAC 

Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə noyabrın 16-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi haqqında məlumat yayıb.

Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığı bildirilib və dövlət başçısının çıxışından sitatlar verilib.

Qeyd olunub ki, Bakıda keçirilən tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Həmçinin bildirilir ki, noyabrın 18-də Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının iclası keçiriləcək və bu tədbirə 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi qatılacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.